2 avqust 2011 13:14
Millimizin Lüksemburq ilə oyunu ləğv olundu
Azərbaycan və Lüksemburq arasında keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub. Azerisport.az xəbər verir ki. Sözügedən ölkə yığmaları noyabrda sınaq matçı çərçivəsində üz-üzə gəlməliydilər.
Lakin DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla Lüksemburqun eyni qrupa düşməsindən sonra bu görüşün ləğvinə qərar verilib. AFFA artıq yeni rəqib axtarışına çıxıb. Qarşılaşma səfərdə keçiriləcək.
