2 avqust 2011 13:52
Qurban Qurbanov: Deməzdim ki, komandada atmosfer idealdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə cavab oyununa hazırlığından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Brugge” ilə oyuna hazırlıqlarımız davam edir. Məşqlərimiz adi qaydada, normal keçir. Təəssüf ki, Vüqar Nadirov oynamayacaq. O, düz iki ay bizimlə olmayacaq. Deməzdim ki, komandada atmosfer idealdı. Real baxsaq, təbii ki, növbəti mərhələyə şanslarımız çox azdı. Amma bu, o demək deyil ki, biz artıq hər şeydən əlimizi üzməliyik. Meydana yalnız qələbə üçün çıxacağıq”.