2 avqust 2011 14:00
Qarabağ üçün iki moldovalı
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Brügge" cavab oyununa bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, avqustun 4-də, saat 21.00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın hakimləri hələ bir müddət öncədən bəlli idi.
Bu gün isə sözügedən oyunun UEFA nümayəndəsi və hakim-inspektorunun kimliyi də müəyyənləşib. "Qarabağ" - "Brügge" matçına bütün təyinatlarla sizi də tanış edirik:
Baş hakim: Saşa Kever
Baş hakimin köməkçiləri: Daniel Vermelinger, Raffael Zeder
Dördüncü hakim: Stefan Buhlman
(Hakimlər briqadası İsveçrədəndir)
UEFA nümayəndəsi: Genadi Skurtul (Moldova)
Hakim-inspektoru: Nathan Bartfeld (Moldova)
