2 avqust 2011 14:25
Bakı sifariş ərizəsini təqdim etdi
Paytaxtın "Bakı" klubu 2011/2012-ci il mövsümü üçün komandanın sifariş ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun komandası 22 futbolçunu sifariş edib.
Bunlardan 11-i (50 faiz) yerli, 11-i isə əcnəbi oyunçulardı. Siyahıya 7 yeni transferin də adı salınıb. Artıq onların yeni mövsümdə geyinəcəyi formalar da müəyyənləşib. Rafael Əmirbəyovdan boşalan 3 nömrəni Denis İvanov, Mahmud Qurbanovun 7-sini Deyvidas Çesnauskis, Vaqif Cavadovun 9-nu Maris Verpakovski, Adnan Bərəkətin geyindiyi 11-i Elvin Məmmədov götürüb. Elvin Əliyev həmişəki kimi 14-ü, Uinston Parks "Xəzər Lənkəran"da olduğu kimi 36-nı, Novruz Məmmədov isə 21-i seçib.
Həmin sifariş ərizəsi ilə aşağıdakı cədvəldə yaxından tanış ola bilərsiz.
| № | Adı, soyadı | Təvəllüdü | Ampluası | Vətəndaşlıq | № |
| 1 | Marko Şarlija | 31.01.1982 | qapıçı | Xorvatiya | 1 |
| 2 | Aqil Məmmədov | 01.05.1989 | qapıçı | Azərbaycan | 16 |
| 3 | Xalidu Sissoko | 28.08.1978 | qapıçı | Seneqal | 23 |
| 4 | Denis İvanov | 11.01.1984 | müdafiəçi | Latviya | 3 |
| 5 | Stevan Bates | 29.11.1981 | müdafiəçi | Serbiya | 5 |
| 6 | Elvin Əliyev | 21.08.1984 | müdafiəçi | Azərbaycan | 14 |
| 7 | Cəmşid Məhərrəmov | 03.10.1983 | müdafiəçi | Azərbaycan | 15 |
| 8 | Emin Cəfərquliyev | 17.06.1990 | müdafiəçi | Azərbaycan | 17 |
| 9 | Novruz Məmmədov | 20.03.1990 | müdafiəçi | Azərbaycan | 21 |
| 10 | Şəhriyar Əliyev | 25.12.1992 | müdafiəçi | Azərbaycan | 25 |
| 11 | Əziz Quliyev | 02.05.1987 | müdafiəçi | Azərbaycan | 29 |
| 12 | Aleksey Savinov | 19.04.1979 | müdafiəçi | Moldova | 32 |
| 13 | Vadim Borets | 05.09.1976 | yarımmüdafiəçi | Moldova | 4 |
| 14 | İbrahim Karqbo | 10.04.1982 | yarımmüdafiəçi | Sierra Leone | 6 |
| 15 | Deividas Çesnauskis | 30.06.1981 | yarımmüdafiəçi | Litva | 7 |
| 16 | Elvin Məmmədov | 18.07.1988 | yarımmüdafiəçi | Azərbaycan | 11 |
| 17 | Fabio Luis Ramin | 10.04.1981 | yarımmüdafiəçi | Azərbaycan | 20 |
| 18 | Aleksandar Soliç | 29.01.1983 | yarımmüdafiəçi | Xorvatiya | 77 |
| 19 | Rəhman Hacıyev | 25.07.1993 | yarımmüdafiəçi | Azərbaycan | 99 |
| 20 | Maris Verpakovski | 15.10.1979 | hücumçu | Latviya | 9 |
| 21 | Nurlan Novruzov | 03.03.1993 | hücumçu | Azərbaycan | 19 |
| 22 | Uinston Parks | 12.10.1981 | hücumçu | Kosta-Rika | 36 |
| Baş məşqçi: Aleksandr Starkov | |||||
