2 avqust 2011 16:04
Dmitri Kruqlov Vaqif Cavadova rəqib oldu
“İnter”in sabiq futbolçusu Dmitri Kruqlov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, estoniyalı müdafiəçi bundan sonra karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Estoniya yığmasının da şərəfini qoruyan futbolçu “Rostov”a keçib. Tərəflər artıq rəsmi müqavilə də bağlayıblar.
Qeyd edək ki, Kruqlov “İnter”dən öncə 2008-2010-cu illərdə “Neftçi”də də çıxış etmişdi.
Maraqlıdı ki, Rusiya Premyer Liqasının qarşıdakı turlarında “Rostov” səfərdə Nijni Novqorod “Volqa”sının qonağı olacaq. Hansı ki, bu komandada Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov da çıxış edir və bu ay onun yeni komandasında debütü gözlənilir.
