2 avqust 2011 17:30
Öncə Qurbanov, sonra Adri Koster
“Qarabağ” – “Brugge” oyunu üçün oyunqabağı proqram məlum olub. Azerisport.az xəbər verir ki, Avroliqanın üçüncü təsnifat mərhələsində Belçika klubunu qəbul edəcək komandamız sabah 19:30-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxacaq.
“Qarabağ”ın baş məşqisi Qurban Qurbanov isə 19:15-də mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandıracaq.
“Brugge”nin baş məşqçisi Adri Kosterin iştirak edəcəyi mətbuat konfransı isə 20:30-a nəzərdə tutulub. 21:00-da isə belçikalılar mərkəzi arenada sonuncu məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi media üçün nəzərdə tutulub.
Xatırladaq ki, “Qarabağ” – “Brugge” oyunu avqustun 4-ü 21:00-da baş tutacaq.
