2 avqust 2011 18:08
Millimiz DÇ-2014-ün seçmə mərhələsinə səfər oyunuyla başlayacaq
Futbol üzrə Azərbaycan yığması 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinə səfər oyunu ilə başlayacaq. Bu haqda azerisport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov bildirib
“Biz 2012-ci ilin sentyabr-oktyabr aylarında oyun keçirə bilmərik. Çünki bizim əsas arenalarımız həmin vaxt Bakıda keçiriləcək qızlar arasında dünya çempionatı ilə əlaqədar məşğul olacaqlar. Odu ki, biz DÇ-nin seçmə mərhələsinə səfər oyunlarıyla başlamalı olacağıq. Bir oyun gününü isə ümumiyyətlə buraxa bilərik”.