2 avqust 2011 18:14
Neftçi yeni baş məşqçisinin adını açıqladı
Bu gün saat 17:00-da "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirilib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyinin iştirak etdiyi toplantıda "Neftçi" PFK-nın məşqçilər korpusuna yeni təyinatlar təsdiqlənib.
Bundan sonra komandanın baş məşqçisi vəzifəsini Böyükağa Hacıyev yerinə yetirəcək. Komandanın direktoru Güloğlan Cabbarov, baş məşqçinin köməkçisi Tərlan Əhmədov, seleksiyaçı-məşqçi Kamal Quliyev olacaq.
Qeyd edək ki, Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.
Komanda saat 19:00-da klubun bazasında baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxacaq. (klubun rəsmi saytı)
