2 avqust 2011 18:35
Foqts: Portuqaliya ilə düşdüyümüzə görə sevinməliyik
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts azerisport.az saytına müsahibəsində millimizin hazırlığından, eləcə də DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən danışıb.
- Hazırlıqlar necə gedir?
- Mən ancaq axşam məşqini görmüşəm. Hələlik komandadan razıyam. Çoxdan idi bir yerə toplaşmırdıq, birgə məşq etmirdik.
- Mən ancaq axşam məşqini görmüşəm. Hələlik komandadan razıyam. Çoxdan idi bir yerə toplaşmırdıq, birgə məşq etmirdik.
- Makedoniya ilə oyundan nə gözləyirsiz?
- Bu, bizim sentyabrda Belçika və Qazaxıstanla keçirəcəyimiz rəsmi oyunlar öncəsi oyunçularımızı iş başında görmək üçün son şansımızdı. Müəyyən taktiki eksperimentlər də mümkündü.
- Bu, bizim sentyabrda Belçika və Qazaxıstanla keçirəcəyimiz rəsmi oyunlar öncəsi oyunçularımızı iş başında görmək üçün son şansımızdı. Müəyyən taktiki eksperimentlər də mümkündü.
- DÇ-2014-ün püşkatmasının nəticələrini necə qarşıladınız?
- Biz Portuqaliya kimi komanda ilə eyni qrupa düşdüyümüzə görə sevinməliyik. Gənc futbolçularımız Kristiano Ronaldo, Nani kimi oyunçularla qarşı-qarşıya gəlmiş olacaqlar. Rusiyaya qarşı necə oynamaq lazım olduğunu bilirik. İsrail də maraqlı komandadı. Şimali İrlandiya yığması öz aqressivliyi ilə məşhurdu. Onlara qarşı oynamaq çətin olacaq. Lüksemburq isə başqa məsələdi, onlarla oynamaq olar. Hər rəqiblə sona kimi mübarizə aparmaq lazımdı.
- Sizin bu dediklərinizlə Rusiya mətbuatına açıqlamanız arasında ciddi fərq var...
- Mən püşkatma ilə bağlı heç kimlə danışmamışam. O sözləri mənim adımdan yazıblar.
- Yetirmələrinizi niyə məhz “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq etdirirsiz?
- Futbolçulara çoxlu məşq etmək lazımdı. Bunu avrokubok oyunları da göstərdi. “Qarabağ”ı da Brüggedə iş başında gördüm. Futbol beynəlxalq səviyyədə oyundu.
- Yığmaya yeni dəvət etdiyiniz Ufuk Budaq haqda nə deyərdiniz?
- Mən onun baş məşqçisiylə danışmışam. Gənc oyunçudu, ona şans vermək qərarına gəldik. Gələcək göstərək, o, nəyə qadirdi.
- Mən onun baş məşqçisiylə danışmışam. Gənc oyunçudu, ona şans vermək qərarına gəldik. Gələcək göstərək, o, nəyə qadirdi.
- Premyer Liqanın ilk turunun oyunlarına baxacaqsız?
- Bəli, Lənkəran və Qəbələyə getməyi planlaşdırıram. Həmçinin “Qarabağ”ın “Brugge” ilə cavab oyununa da baxacam. Mən ümumiyyətlə, bizim komandaların oyunlarını daha çox izləyirəm, nəinki siz jurnalistlər (gülür).