2 avqust 2011 19:34
Maksim Medvedev: Stadionda anşlaq olsa, bu, bizə əlavə güc verəcək
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Qarabağ” cavab görüşündə meydana qələbə üçün çıxacaq. İlk oyundakı 1:4 hesablı yenilgidən sonra biz “Brugge”ni məğlub etməyə borcluyuq. Bilirik ki, bu, çətin olacaq. Çox istərdim ki, azarkeşlər stdaiona gəlib bizi dəstəkləsinlər. Əgər stadionda anşlaq olsa, bu, bizə əlavə güc verəcək. Ümid edirəm ki, isti hava da özünü müsbət tərəfdən göstərəcək”.