2 avqust 2011 11:25
“Makedoniya ilə oyunda nəticə lazımdı”
Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramim azerisport.az saytına müsahibəsində növbəti mövsümə hazırlıqdan və yığma komandadan danışıb.
- Millidəki ilk təlim-məşq günü necə keçdi?
- Bizi o qədər də yükləmədilər. Ümumi çalışmaları etdirdilər. Digər tərəfdən çoxdan idi bir-birimizi görmürdük. Həm də isti idi.
- Bizi o qədər də yükləmədilər. Ümumi çalışmaları etdirdilər. Digər tərəfdən çoxdan idi bir-birimizi görmürdük. Həm də isti idi.
- Siz braziliyalılar da istidən şikayətlənirsiz?
- Braziliyada heç vaxt belə istilər olmur. Burda iki dəfə artıq istidi.
- Braziliyada heç vaxt belə istilər olmur. Burda iki dəfə artıq istidi.
- Komanda yoldaşlarınız necə görünürdü?
- Hamısı yaxşıdı. Dərhal hiss olunur ki, oyunçular növbəti mövsümə çox ciddi şəkildə kökləniblər. Qarşıda bizi Makedoniya ilə oyun gözləyir. Heç də adi oyun olmayacaq. Bu, Belçika və Qazaxıstanla seçmə mərhələ oyunlarımız öncəsi əsas sınağımız olacaq.

- Bu oyunda nəticə önəmli olacaq, yoxsa oyun?
- Nəticə lazımdı. Sonuncu dəfə biz Türkiyə yığmasına qalib gəlmişik. Bu isə təxminən bir il öncə olub. Biz makedoniyalıları məğlub edə bilərik. Axı azarkeşlərimizi qələbəylə sevindirmək lazımdı.
- Nəticə lazımdı. Sonuncu dəfə biz Türkiyə yığmasına qalib gəlmişik. Bu isə təxminən bir il öncə olub. Biz makedoniyalıları məğlub edə bilərik. Axı azarkeşlərimizi qələbəylə sevindirmək lazımdı.
- Artıq DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz də məlumdu...
- Azərbaycan üçün normal qrup düşüb. Onlarla oynamaq olar. Xal da toplamaq mümkündü. Portuqaliya və Rusiya qrupun favoritləridi. İsrail bizə problem yarada bilər. Şimali İrlandiya da yaxşı komandadı. Amma bunların hamısına Bakıda çətin olacaq. Hər halda ötən mövsüm “Qarabağ” Şimali İrlandiyanın “Portadaun” klubuna qalib gələ bilmişdi.
- Nə qədər xal toplaya bilərik?
- Demək çətindi. Qalanlarını demirəm, hətta Lüksemburq da bizi hər iki oyunda məğlub etmək istəyir. Heç kim yerində saymır.
- “Bakı” rəhbərliyi artıq komandanın qarşısına konkret məqsəd qoyub?
- Bizə bu haqda heç demək də lazım deyil. Hamımız bilirik ki, birinci yerə oynamalıyıq. Bizim əsas məqsədimiz qızıl dubldu. Ötən mövsüm artıq tarixdə qaldı. İndi bizə yenidən qələbəni dadını hiss etmək lazımdı. Fikrimcə, yeni futbolçular bizə daha güclü olmağa kömək edəcəklər.
- İlk turda “Qəbələ” ilə çətin səfər oyununuz var...
- “Qəbələ” artıq ötən mövsümkü komanda deyil. Bu komanda kifayət qədər yeni transferlər həyata keçirib. Onlar ancaq medallara oynayacaqlar. Toni Adamsın sərəncamında bir neçə yığma üzvü də var. Amma bütün bunlar bizi maraqlandırmır. Biz Qəbələyə ancaq qələbə üçün yollanacağıq.