3 avqust 2011 00:17
Yığmamız Sumqayıt Şəhərə uduzdu (YENİLƏNİB)
Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi "Sumqayıt Şəhər" klubu olub.
Görüş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutub. Qarşılaşma 1:0 hesabı ilə Sumqayıt təmsilçisinin xeyrinə başa çatıb.
Yoldaşlıq oyunu
2 avqust
Azərbaycan U-21 – Sumqayıt Şəhər - 0:1
