2 avqust 2011 11:41
Bakı 4 futbolçusundan ayrı düşdü
“Bakı” XX Azərbaycan çempionatının hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bir günlük fasilədən sonra ötən gün bir araya gələn futbolçular axşam məşqində səylə çalışıblar.
Baş məşqçi Aleksandr Starkovun nəzarəti altında Tofiq Bəhrəmov adına Respublika stadionunun meydanına çıxan komandanın fiziki təmrinlər və topla çalışmalar üzərində qurulan məşqi 80 dəqiqə çəkib.
Saat 19:00-da başlanan məşq milli komandaların heyətinə dəvət alan 4 futbolçunun yoxluğunda keçib. Elvin Məmmədov, Fabio Luis Ramim və Əziz Quliyev milli komandanın, Novruz Məmmədov isə olimpiya milli komandasının düşərgəsində olduqlarından avqust ayının ilk məşqində iştirak etmədilər.
