4 avqust 2011 01:38

ÇL-də üçüncü təsnifat mərhələsi başa çatdı (YENILƏNİB)

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə uğrunda 30 klub mübarizə aparırdı.
 
Xatırladaq ki, turnirin birinci təsnifat mərhələsində cəmi iki qarşıdurma olmuşdu və cırtdan ölkə təmsilçilərinin duellərinin ən güclüləri adına yiyələnən Malta “Valleta”sı ilə Lüksemburqun “Dudelange” klubları çıxışını davam etdirmək hüququ qazanmışdı. Növbəti mərhələdə isə daha 34 komanda mübarizəyə qoşuldu. Təəssüf ki, onlardan arasında Azərbaycan çempionu “Neftçi”nin də yer aldığı 17 klub mübarizəni dayandırdı. Qalan eyni sayda komanda isə yoluna davam edirdi. Bu dəfə isə 15 kollektiv pley-offa yüksəlməyə nail olduğu halda, qalanları çıxışını dayandırdı.

Artıq həmin 15 xoşbəxtdən 3-ü ilk oyun günündə müəyyənləşmişdi. Bunlar BATE, "Copenhagen" və "Odense" idi. Özü də son iki komanda buna çətin səfər matçlarında nail olmuşdular.
 
Qalan 12 xoşbəxtin adı isə son oyun gününd bilindi. Azərbaycan futbolsevərlərinin yaxından maraqlandığı Türkiyənin "Trabzonspor" klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Səfərdə 0:2 hesabı ilə yenilən Qara dəniz təmsilçisi ev oyununda da qələbə qazana bilməyib - 1:1. "Neftçi"ni mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"su isə evdə də qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.
 
Qeyd edək ki, bu mərhələdə 15 klub çıxışını dayandırmalı oldu. Lakin onları hələ Avroliqa macərası da gözləyir.
 
Bütövlükdə, baş tutan görüşlərin siyahısı ilə aşağıda tanış ola bilərsiz.
 
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
Cavab oyunları
2 avqust
 
BATE (Belarus) - Ekranas (Litva) - 3:1 (İlk oyun - 0:0)
Qollar: Rodionov, 18, Bressan, 35, Qordeyçuk, 89 - Veliçka, 22.
 
Shamrock Rovers (İrlandiya) - Copenhagen (Danimarka) - 0:2 (0:1)
Qollar: Ndoye, 42, Bolanos, 73.
 
Panathinaikos (Yunanıstan) - Odense (Danimarka) - 3:4 (1:1)
Qollar: Bumsonq, 35, Toçe, 50, Petropoulos, 90+5 - Yohansson, 12, Ruud, 58, Sarriegi, 80-öz qapısına, Andreasen, 87.
 
3 avqust
 
Rubin (Rusiya) - Dinamo (Kiyev, Ukrayna) - 2:1 (2:0)
Qollar: Dyadyun, 19, Medvedev, 87 - Qusev, 90+2.
 
Malmö (İsveç) - Rangers (Şotlandiya) - 1:1 (1:0)
Qollar: Hamad, 80 - Yelaviç, 24. 
 
Vaslui (Rumıniya) - Twente (Hollandiya) - 0:0 (0:2)
 
Slovan (Slovakiya) - APOEL (Kipr) - 0:2 (0:0)
Qollar: Aylton, 58, Manduka, 90+2.
 
Viktoria (Çexiya) - Rosenborg (Norveç) - 3:2 (1:0)
Qollar:Bakoş, 55, Sevinski, 60, Petrjela, 78 - Lustiq, 45, Priça, 77.
 
Zürich (İsveçrə) - Standard (Belçika) - 1:0 (1:1)
Qol: Mehmedi, 58.
 
Wisla (Polşa) - Litex (Bolqarıstan) - 3:1 (2:1)
Qollar: Melikson, 42; 56-pen, Vilk,81 - Bodurov, 68.
 
Sturm Graz (Avstriya) - Zestafoni (Gürcüstan) - 1:0 (1:1)
Qol: Kyenast, 68.
 
Maribor (Sloveniya) - Maccabi (Hayfa, İsrail) - 1:1 (1:2)
Qollar: Markos, 32 - Vered, 10.
 
Partizan (Serbiya) - Genk (Belçika) - 1:1 (1:2)
Qollar: Tomiç, 40 - Vossen, 58-pen.
 
Dinamo (Xorvatiya) - HJK (Finlandiya) - 1:0 (2:1)
Qol: İbanes, 90+1.
 
Trabzonspor (Türkiyə) - Benfica (Portuqaliya) - 1:1 (0:2)
Qollar: Enrike, 32 - Nolito, 19.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.