2 avqust 2011 00:08
Qarabağı məyus edən futbolçulardan biri Bakıya gəlmir
Belçikanın “Brugge” klubu Bakıya 19 futbolçuyla gəlir. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan bu komandanın baş məşqçisi Adri Koster məhz bu qədər sayda oyunçunun xidmətindən yararlana biləcək.
Buna səbəb onun yetirmələrindən daha birinin sıradan çıxmasıdı. Belə ki, Brüggedəki ilk oyunda Ağdam klubunun qapısından dördüncü qolu keçirən müdafiəçi Nabil Dirar Bakıya gətirilməyəcək.
Xatırladaq ki, komandamız ilk oyunda 1:4 hesabıyla məğlub olmuşdu. Cavab görüşü isə avqustun 4-də keçiriləcək.
