2 avqust 2011 12:23
Qarabağ – Brugge matçında güclü külək
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Brugge” (Belçika) görüşü güclü külək şəraitində keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə sinoptiklərin məlumatı belə deməyə əsas verir.
Belə ki, sözügedən komandaların Bakıda keçiriləcək oyunu günü paytaxtımızda havanın hərarəti 29 dərəcə olacaq. Küləyin sürəti isə saniyədə 11 metrə çatacaq.
Xatırladaq ki, “Qarabağ” – “Brugge” matçı avqustun 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə belçikalılar 4:1 hesablı qələbəyə sevinmişdilər.
