2 avqust 2011 00:28
Xorvatların baş məşqçisi Azərbaycanla eyni qrupa düşməmələrinə sevinir
Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliç maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, çalışdırdığı komandanın DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupa düşməməsini müsbət hal kimi dəyərləndirib:
“Püşkatmanın nəticələri bitən kimi diqqətimi çəkən əsas məqamlardan biri Azərbaycan, Qazaxıstan Ermənistan kimi komandaların bizimlə eyni qrupda yer almaması oldu. Bir sözlə uzaq məsafələrə ekzotik uçuşlar bizim işimizə hansısa əngəl yaratmayacaq. Bu, yaxşı oldu”.