2 avqust 2011 12:38
Qurban Qurbanov: Milli haqda yox, öz işim haqda düşünürəm
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Asan qrup deyil. Güclü və sabit komandalar daha çoxdu. Hamısı da tanış rəqiblərdi. Onların hamısıyla oynamışıq. Bakıda hamısı ilə oynamaq olar. Özü də normal. Rusiya maraqlı rəqibdi. Bizim əsas üstünlüyümüz bu komandanı, eləcə də Rusiya çempionatını yaxşı tanımağımızdı. Özü də bizim futbolçular Rusiyaya qarşı çox inamlı oynayırlar. Necə də olsa, qonşudular. Ötən tsikldə də onlarla Bakıda heç-heçəyə nail olmuşduq. Azarkeşlərin məni Berti Foqtsun yerində görmək istəyinə gəlincə, buna diqqət yetirmək istəmirəm. Azərbaycan yığmasının öz baş məşqçisi var. Mən isə ancaq “Qarabağ”dakı öz işim haqda düşünürəm”.

Xatırladaq ki, Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla eyni qrupda yer alıb. Son vaxtlar həmçinin Qurban Qurbanovun millinin baş məşqçi postuna gətirilməsi ideyası da azarkeşlər arasında xüsusilə tez-tez səslənməyə başlayıb.