2 avqust 2011 18:28
Emre Belözoğlu sərbəst buraxıldı (YENİLƏNİB)
Türkiyədə danışılmış oyunlarla bağlı araşdırmalar bitib-tükənmək bilmir. Azerisport.az xəbər verir ki, az qala hər gün müxtəlif futbol adamları aparılan təhqiqat işlərinə cəlb olunur, günahsızlar sərbəst buraxılır, günahları isbat olunanlar isə həbsxanaya göndərilir.
Bu gün daha bir şok olay yaşanıb. Belə ki, Türkiyə yığmasının və “Fenerbahçe”nin ulduz futbolçusu Emre Belözoğlu da şüdhəli qismində polis idarəsinə gətirilib. Onun ifadəsi alınacaq və yekun qərar da bundan sonra bilinəcək.
Onun “Ankaragücü” ilə “Fenerbahçe” arasındakı matç öncəsinde rəqib futbolçu Kaan Söylemezgillərə göndərdiyi mesaja görə istintaqa cəlb olunduğu bildirilir.
***
Artıq ilkin istintaqın nəticəsi müəyyənləşib. Emre və onun mesaj yazdığı futbolçu, eləcə də bu gün istintaqa cəlb olunan Sinan Engin sərbəst buraxılıblar.
