3 avqust 2011 01:00
Serbiya yığmasının üzvü Qəbələdə (FOTO)
“Qəbələ” daha bir transfer reallaşdırıb. Azerisport.az xəbər verir ki, Serbiya yığmasının yarımmüdafiəçisi Veseliko Truvunoviç bölgə klubuyla bir illik müqaviləyə imza atıb.
31 yaşlı futbolçu karyerasına yerli “Loznitsa” klubunda başlayıb. Daha sonra Serbiyanın “Yedinstvo”, “Radniçki”, “Mladost” və “Voyvodina” klublarında top qovub. Truvunoviçin son klubu isə “OFK Belqrad” olub. O, sozügedən komandada son iki mövsümdə top qovub.
Millinin heyətində 5 matça çıxan Veseliko ilk dəfə 17 noyabr 2010-cu ildə Bolqarıstan yığmasına qarşı forma geyib. Truvunoviç avqustun 10-da Rusiya millisinə qarşı baş tutacaq yoldaşlıq oyununa da dəvət alıb.
