3 avqust 2011 13:04
Fərid Quliyev Neftçiyə qayıtdı
Fərid Quliyevin gələcək karyerasına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, müqavilə ilə "Neftçi"yə məxsus olan 25 yaşlı futbolçu komandasına qayıdıb.
Bununla bağlı komandanın yeni baş məşqçisi Böyükağa Hacıyev qərar verib. O, "Standard"da rəhbərliyi altında oynamış futbolçu üçün yenidən "yaşıl işıq" yandırıb. Quliyev bu gün komandanın məşqçində iştirak edəcək.
Qeyd edək ki, Fərid Arif Əsədovla yola getmədiyindən ötən mövsüm "Simurq"a icarəyə verilmişdi. O, hətta bir müddət futboldan uzaq qalmışdı.
