3 avqust 2011 01:26
Elxan Məmmədov: Foqtsun taleyi 4 oyundan asılıdı
AFFA-nın baş məşqçisi Elxan Məmmədov azerisport.az saytına müsahibəsində DÇ-2014-ün püşkatmasının nəticələrindən, eləcə də baş məşqçi Berti Foqtsun aqibətindən danışıb.
- Braziliyadan yenicə qayıtmısız. Təəssüratlarınızı bilmək istərdik...
- Braziliyadan yenicə qayıtmısız. Təəssüratlarınızı bilmək istərdik...
- Əsas təəssüratım odu ki, orda hamı futbol oynayır. Hamı. Hər yerdə. Küçədə, döngədə, parklarda, çimərliklərdə, az qala evlərdə də. Voleybolu da sevirlər. Dərhal hiss olunur ki, futboldan sonrakı əsas idman növü məhz budu.
- Amma səfərinizin əsas məqsədi heç də onların bu mədəniyyəti ilə yaxından tanış olmaq deyildi...
- Şübhəsiz. Mənim fikrimcə, püşkatmanın nəticəsi bizim üçün daha pis də ola bilərdi. Mütəxəssislərin yerinə danışmaq istəməzdim. Amma bir şey dəqiqdi: rəqiblərimizi heç də pis tanımırıq. İndidən komandamızın qarşısına hansısa vəzifə qoymaq ağılsızlıq olardı. İstənilən halda DÇ-2014-ün startına hələ tam bir il var.
- Maraqlıdı ki, püşkatmadan sonra yalnız siz öz fikirlərinizi bildirdiz, Berti Foqts isə susurdu...
- Foqts jurnalistlərlə görüşü gözləyirdi. O, yığmanın toplanışına gəldi və komandanı Makedoniya ilə oyuna hazırlayır. Düzdü, Rusiya mətbuatında onun açıqlaması dərc olunmuşdu. Amma sizə dəqiq deyə bilərəm ki, yığmamızın açıq məşqinə kimi o, heç bir jurnalistlə danışmamışdı.
- Foqtsun postunda qalıb-qalmayacağı müzakirə olunmağa başlayıb...
- Hər şeyə AÇ-2012-nin seçmə mərhələsindən sonra qərar veriləcək. Tiskl başa çatdıqdan sonra. Foqts AFFA rəhbərliyi qarşısında hesabat verəcək. Yalnız bundan sonra qərar verəcəyik ki, gələcəkdə necə olsun.
- Bu yöndə məhz AÇ-2012-nin qarşıdakı 4 seçmə oyunu həlledici rol oynayacaq?
- Bəli. Tsikli uğurlu başa vurmaq, çox xal toplamaq lazımdı.
- Bəli. Tsikli uğurlu başa vurmaq, çox xal toplamaq lazımdı.
- Əks halda AFFA onunla işləməkdə maraqlı deyil?
- Hər şey ola bilər. Mən hətta o variantı da istisna etmirəm ki, Foqts özü yığmamızla çalışmaq istəməsin.
- Noyabrda millimizin DÇ2014-ün seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşəcək. Artıq AFFA-nın öz planı var?
- İlkin planlarımız var. Biz 2012-ci ilin sentyabr-oktyabr aylarında oyun keçirə bilmərik. Çünki bizim əsas arenalarımız həmin vaxt Bakıda keçiriləcək qızlar arasında dünya çempionatı ilə əlaqədar məşğul olacaqlar. Odu ki, biz DÇ-nin seçmə mərhələsinə səfər oyunlarıyla başlamalı olacağıq. Bir oyun gününü isə ümumiyyətlə buraxa bilərik. Çünki evdə bir neçə işin təşkili ilə məşğul olmaq problem yarada bilər.