3 avqust 2011 13:48

AFFA-dan təbliğat xarakterli turnir

Britaniyanın ölkəmizdəki səfirliyi gələn il Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarını Azərbaycanda təbliğ etmək məqsədi ilə ‘BİR İL‘’ kampaniyası çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Paralimpiya Komitəsi ilə bir sıra tədbirlər həyata keçirir. Azerisport.az xəbər verir ki, səfirlik bu dəfə Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Mərdəkanda yerləşən AFFA-nın Futbol Mərkəzindəki çimərlik futbolu meydançasında  futbol turniri təşkil edəcək.
 
Turnirdə altı komanda – Britaniya Səfirliyini təmsil edən London 2012, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Britaniya-Azərbaycan Məzunlar Birliyi və idman jurnalistlərindən ibarət Mətbuat komandası iştirak edəcək. Oyunlar avqustun 6-da, saat 18.00-dan 20.00-dək keçiriləcək.
 
Qeyd edək ki, Yay Olimpiya Oyunları 2012-ci ildə iyulun 27-dən avqustun 12-dək, Paralimpiya oyunları isə avqustun 29-dan sentyabrın 9-dək London şəhərində keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.