3 avqust 2011 01:51
Neftçi yoldaşlıq oyunu keçirəcək
"Neftçi" yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə komandanın yeni baş məşqçisi Böyükağa Hacıyev məlumat verib.
Ötən gün komandasını ilk məşqə çıxaran baş məşqçi bir yoldaşlıq oyunu keçirmək istədiyini bildirib. Hacıyev bu oyunda futbolçuları iş başında görmək istəyir.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın açılış turunda oynamayacaq. Buna səbəb "Qarabağ"la oyunun təxirə salınmasıdı.
