3 avqust 2011 14:18

Aleksandr Starkov: Belə futbolçular istənilən çempionatın bəzəyidilər

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümə hazırlığından, eləcə də klublarımızın avrokuboklardakı çıxışından danışıb.
 
- Sloveniya toplanışının nəticələrini necə qiymətləndirirsiz?
- Mənim fikrimcə, hər şey yaxşı keçdi. Nə planlaşdırmışdıqsa, həyata keçirdik. Əlbəttə, komandamızda ciddi dəyişikliklər olub. Bir neçə futbolçu komandanı tərk etdi. Onları başqaları ilə əvəzlədik. Son mövsümün nəticələri bizi bu dəyişikliklərə əl atmağa məcbur etdi. Sloveniyadakı iki toplanış bizə yeni komandanı yaratmağa imkan verdi. Aydındı ki, çempionatın startında hər bir komandada problemlər olur. Adətən, komanda öz oyununu çempionatın gedişində tapır. Heç kim deyə bilməz ki, biz Premyer Liqaya 100 faiz hazırıq.

- Klubun transfer siyasətindən razı qaldınız?
- Mən ancaq aldığımız futbolçular haqda danışmağa hazıram, ala bilmədiklərimiz barədə yox. Baş məşqçi kimi kollektivdə yaxşı atmosfer yaratmağa borcluyam. Yalnız bundan sonra biz yaxşı nəticə göstərə bilərik. Mən yeni futbolçularımızın məşqlərindən razı qaldım. Bütün futbolçularımız bir-birinə hörmət etməlidilər.
 
- Uinston Parksla Maris Verpakovskinin hazırkı forması sizi qane edir?
- Belə futbolçular istənilən çempionatın bəzəyidilər. Onlar Azərbaycan çempionatını daha maraqlı edəcəklər. Parksın artıq Azərbaycanda oyun təcrübəsi var. Verpakovski də öz səviyyəsini göstərəcək. Onların hər ikisinə güvənirəm. Elvin Əliyevə də inanıram. O, hər oyunda maksimuma çalışır. Zədəli Elvin Məmmədov hazırda forma yığır. O, hələ öz ideal səviyyəsindən uzaqdı. Ümumilikdə, uşaqların hamısına inanıram.

- “Bakı”nın növbəti mövsüm üçün hədəfləri?
- Bizim hələ bunun üçün rəhbərliklə görüşümüz olmayıb. Nə vaxt görüşsək, onda rəhbərlik komandanın qarşısına konkret tapşırıq qoyacaq. Hazırlıqlar başlamazdan öncə klub prezidenti Hafiz Məmmədovla görüşüm olmuşdu. O, çox peşəkarcasına mənə bunu dedi: “Əsas vəzifə yaxşı komanda yaratmaqdı”. Bu, çox düzgün yanaşmadı. Bizə sabit “Bakı” görmək lazımdı. Aydın məsələdi ki, qələbələrimizlə yanaşı məğlubiyyətlərimiz də olacaq. Biz istəmirik ki, məğlubiyyətimizə görə 1 nəfər günahlandırılsın. Çünki meydana 11 futbolçu çıxır. Belədə qələbədən sonra eyforiya da olmaz. Komandalar arasındakı rəqabət də güclüdü. Minimum altı komanda yüksək yerlər uğrunda mübarizə aparacaq. Hər xal uğrunda gərgin mübarizə gedəcək.
 
- İlk oyununuz “Qəbələ”yə qarşı olacaq...
- “Qəbələ” böyük ambisiyaları olan klubdu. Ötən il onlar ilk altılığa düşməyə çalışırdılar. Bu il isə Avropa Liqasına düşməyi hədəfləyiblər. Bu rəqibə hörmət edirəm. Yaxşı heyətləri var. Onların daha yaxşı oyun sərgiləyəcəklərinə əminəm. Amma bizim də əsas məqsədimiz yeni mövsümə qələbə ilə başlamaqdı.
 
- Sizcə, çempionatın əsas iddialı üç klubu hansıdı?
- Üçlük azdı. Azərbaycanda minimum altı komanda medallara oynayır. Bunlar çempion “Neftçi”, “Qarabağ”, müəyyən problemlərə rəğmən “Xəzər Lənkəran”dı. Sonuncularla oynamaq xüsusilə çətindi. Çünki gözəl azarkeş ordusu var. Bundan əlavə “Qəbələ”, “İnter” və AZAL da medallara oynayacaq.
 
- Klublarımızın bu ilki avrokuboklar mövsümü də uğursuz alındı. Sizcə, niyə?
- Bütün dünyada futbola böyük pullar xərclənilir. “Neftçi”nin Zaqreb “Dinamo”sundan, “Xəzər Lənkəran”ın Təl-Əviv “Maccabi”sindən yaxşı maliyyə şəraitinə malik olduğunu düşünürsüz? Mən Azərbaycan klublarının zəif çıxış etməsi fikri ilə razı deyiləm. Xüsusilə “Neftçi”nin bəxti gətirmədi. Xorvatiya çempionu kifayət qədər güclü rəqib idi. Amma hər şeyə rəğmən işləmək lazımdı. Futbol bütün dünyada inkişaf edir. Uşaq futbolundan başlayaraq, durmadan işləmək lazımdı. Uduzsanda, həvəsdən düşməməlisən.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.