3 avqust 2011 14:24
UEFA-dan azərbaycanlıya daha bir təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, futzal üzrə UEFA kubokunun birinci seçmə mərhələsi çərçivəsində avqustun 13-dən 16-dək Bolqarıstanda keçiriləcək D qrupunun oyunlarında hakim-inspektor vəzifəsini Murad Məmmədov yerinə yetirəcək.
Bu qrupda “Varna” (Bolqarıstan), BGA (Danimarka), “Fyolnir” (İslandiya) və “Vegakameratene” (Norveç) komandaları mübarizə aparacaq.
