3 avqust 2011 14:45
Branimir Subaşiç yenidən Azərbaycana qayıdır
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun xidmətində paytaxt klublarından biri maraqlıdı.
Lakin həmin klubun adı hələlik gizli saxlanılır. Elə Subaşiçin bu komandaya keçib-keçməyəcəyi də hələlik sual altındadı.
Xatırladaq ki, Subaşiç son mövsümü “Qəbələ”də keçirib. Lakin baş məşqçi Toni Adams mövsüm bitən kimi onu digər futbolçularla yanaşı komandadan uzaqlaşdırdı. O vaxtdan bəri serb əsilli “həmyerlimiz” özünə klub tapa bilmir.
