3 avqust 2011 16:06

Arif Əsədov: Hacıyevin Neftçiyə gətirilməsinə sevindim

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində köhnə komandasının Böyükağa Hacıyevə tapşırılmasından, eləcə də yeni mövsümlə bağlı gözləntilərindən danışıb.
 
- Yeni mövsümdən nə gözləyirsiz?
- İldən-ilə çempionatımızın səviyyəsi yaxşıya doğru dəyişir. Komandalar öz heyətlərini güclü legionerlərlə, tanınmış adlarla gücləndirirlər. Ambisiyalı klublar artıq. Artıq indidən ən azı beş komandanın çempionluğa oynayacağını demək olar. Bunlar “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Bakı” və “Qəbələ”di.
 
- Deməli, bu mövsüm sizin titul qazandığınız mövsümü geridə qoya biləcək?
- Baxaq görək çempionat necə başlayacaq. Yalnız bundan sonra nəsə dəqiq bir şey demək olar. Amma “Xəzər Lənkəran”ın son strategiyası vəziyyəti dəyişə də bilər.
 
- Yeri gəlmişkən, lənkəranlıların bu strategiyası ilə bağlı sizin fikirləriniz də maraqlıdı...
- Bu, əlbəttə, ölkənin aparıcı klublarından birini zəiflədəcək. Bu, klubun gələcəyi naminə atılan bir addımdı. Ola bilər ki, indi onlar nəyisə itirmiş olacaqlar, amma gələcəkdə bundan çox böyük fayda görə bilərlər.
 
- Daha kimlər sürpriz edə bilər?
- “İnter”lə AZAL-dan sürpriz gözləməyə dəyər. İlk altılığa “Kəpəz”lə “Rəvan” da iddia edə bilər. Mövsüm başlayandan sonra bunu görəcəyik. Yəqin ki, Avropa Liqasından sonra “Qarabağ”ın işi bir qədər ağır olacaq. Onların startda xal itkiləri ilə üzləşməsi istisna deyil. Necə də olmasa, komanda yorğundu, zədəliləri var. Amma istənilən halda bu komandanı çempionluğa əsas namizədlərdən hesab edirəm.

- Yenilənmiş “Qəbələ” mükafatlara ümid edə bilər?
- Ötən mövsüm Toni Adams ancaq komanda qurmaqla məşğul idi. Bu mövsüm isə artıq iddialı açıqlamalar verilir. Elə onların heyətlərinə də baxanda görmək olur ki, çempionluğa oynaya bilərlər.
 
- Ötən mövsümün sürpriz komandası kimi çox vaxt AZAL qeyd olunurdu. Bəs bu mövsüm kim sürprizə imza ata bilər?
- Fikrimcə, “Rəvan”. Bu komanda debütant sayılsa da, əslində belə deyil. Çünki paytaxt klubu demək olar ki, “Muğan”ın bazası əsasında formalaşıb. Digərləri ilə müqayisədə onların daha yaxşı təcrübəsi var. Amma bu rola “Kəpəz” də iddia edə bilər.

- Bəs yollarını ayırdığınız “Neftçi”?
- Düşünmürəm ki, komandada ciddi dəyişikliklər olacaq. Şübhəsiz, onlar çempionluğa oynayacaqlar. Çempionlar Liqasında uğur qazanmaq üçün yenə Premyer Liqada birini olmaq lazım gələcək.
 
- Yeriniziə Böyükağa Hacıyevin gətirilməsini necə qarşıladınız?
- Normal. Bu, məni sevindirdi. Şadam ki, “Neftçi” yenə yerli mütəxəssisə həvalə olundu. İndi komandada Tərlan Əhmədov və Kamal Quliyev də işləyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.