3 avqust 2011 16:12
Aleksandr Starkov üç “azərbaycanlı”nı Latviya millisinə çağırdı
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov Finlandiya ilə yoldaşlıq oyunu üçün xidmətindən yararlanmaq istədiyi futbolçuların siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, onun avqustun 10-da keçiriləcək görüş üçün dəvət göndərdiyi futbolçular arasında 3 “azərbaycanlı” futbolçu da var.
Bunlar Premyer Liqamızda top qovan Ritus Krjauklis (AZAL), eləcə də Denis İvanov və Maris Verpakovskidi (hər ikisi “Bakı”).
Lakin Starkov son mövsümü “Qarabağ”da keçirən, yeni mövsümdən isə “Simurq”da çıxış etməsi gözlənilən Andrey Rubinə, eləcə də “İnter”in forvardı Girt Karlsona dəvət göndərməyib.
Qeyd edək ki, Starkov həm də “Bakı”nın baş məşqçisi postunda çalışır.
