3 avqust 2011 17:58
Superliqada daha bir şok istefa
Türkiyə Superliqasında yeni mövsüm başlamasa da, artıq istefalara indidən start verilib. Azerisport.az xəbər verir ki, bu gün “Manisaspor”un baş məşqçisi Hikmet Karaman heç kimin gözləmədiyi anda vəzifəsindən getdiyini açıqlayıb.
Qeyd edək ki, bu komanda yeno mövsümə səylə hazırlaşırdı və Karamanın gedişi qətiyyən gündəmdə deyildi. Üstəlik, klub rəhbərliyi qarşılarına yeni mövsümdə daha ciddi məqsədlər uğrunda mübarizə aparmaq vəzifəsini qoymuşdu.
Lakin Karaman bu gün hələlik qeyri-məlum olan səbəblər ucbatından istefa verdiyini açıqlayıb. Onunla yanaşı köməkçiləri də komandadan getməyə qərar veriblər. Hələlik, yeni baş məşqçinin kim olacağı dəqiq bilinmir.
Qeyd edək ki, bu, Superliqanın startı ərəfəsində ikinci istefadı. 2011-12 mövsümü öncəsi Giray Bulak cəmi iki həftə öncə müqavilə imzaladığı “Gençlerbirliği” ilə yollarını ayırmağa qərar vermişdi.
