3 avqust 2011 18:55
Rusiya Futzal Assosiasiyasının yeni prezidenti azərbaycanlı oldu (FOTO)
Rusiya Mini-Futbol (Futzal) Assosiasiyasının hesabat seçki konfransı keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda əslən azərbaycanlı Emil Əliyev quruma yeni prezident seçilib.
O, yeni vəzifədə Semyon Andreyevi əvəzləyib. Andreyev səsverməyədək namizədliyini geri götürərək, bu posta Əliyevin namizədliyini irəli sürüb. Konfrans nümayəndələri həmyerlimizi yekdilliklə dəstəkləyiblər. Onlar həm də Andreyevi fəxri prezident seçiblər.
Qeyd edək ki, Emil Əliyev əvvəllər Rusiya Mini-Futbol Assosiasiyasının baş direktoru vəzifəsində çalışıb. (lent.az)
