3 avqust 2011 19:20
Kamal Quliyev: Əlimdən gələni edəcəm ki, Neftçiyə xeyir verim
"Neftçi"yə yenicə təyin olunmuş məşqçi-seleksiyaçı Kamal Quliyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, doğma komandaya döndüyü üçün özünü xoşbəxt hiss etdiyini bildirib:
"İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, bizim kimi karyerasını başa vurmuş futbolçuları komandaya cəlb edir. "Neftçi"də çalışmaq mənim üçün böyük şərəfdi. Mən 1996/97 mövsümündə "Neftçi"yə futbolçu kimi gəlmişdim və bununla fəxr edirdim. Uzun müddət sonra doğma komandaya məşqçi-seleksiyaçı kimi qayıtdığım üçün də qürur duyuram. Bu məni sevindirir. Əlimdən gələni edəcəyəm ki, klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğruldum, öz işimlə bacardığım qədər "Neftçi"yə xeyir verim. Bu komanda mənə çox doğmadı. Yenidən "Neftçi" ailəsində olduğum üçün xoşbəxtəm. Həmişə demişəm ki, mən "Neftçi"liyəm" - deyə Quliyev vurğulayıb.
