3 avqust 2011 19:40
Slovakiyalı futbolçu rəsmən İnterdə (FOTO)
"İnter" heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, bank klubu slovak müdafiəçi Peter Xrappanla bir illik müddətə müqavilə imzalayıb.
2006-cı ilədək vətənində çıxış edən Xrappan daha sonra Avstriyanın "Stadlau" klubunda forma geyinib. 26 yaşlı müdafiəçinin son klubu Avstriya "Mattersburg"u olub.
Qeyd edək ki, bu, "İnter"in yayda transfer etdiyi ilk əcnəbi oyunçu olub. "Bankirlər" bundan əvvəl Samir Zərgərov, Asif Məmmədov, Ruslan Poladov və Xəyal Mustafayevi heyətinə qatmışdı.
