3 avqust 2011 20:05
Qurbanov: Hər şey bizim planlaşdırdığımız kimi getsə...
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə cavab oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, ilk oyunda rəqibinə 1:4 hesabıyla məğlub olmuş Ağdam klubunun çalışdırıcısı sabahkı oyun ərəfəsində öncə bunları dilə gətiri:
“İlk oyunda biz gözləmədiyimiz nəticə ilə üzləşdik. Buna baxmayaraq, biz rəqibimizdən qorxmuruq. Əlbəttə, çox çətin olacaq. Amma biz sona kimi vuruşacağıq. Belçikadan qayıtdıqdan sonra mən Rəşad Sadiqovla söhbət etdim. Başa saldım ki, komandanın onun köməyinə ehtiyacı var. Ona düşünmək üçün vaxt verdim. Artıq növbəti gün o, məşqlərə gəlməyə başladı. Həmin vaxtdan bəri komanda ilə birgə məşq edir. Düşünürəm ki, Sadiqov da sabahkı oyunda meydana çıxa biləcək”.

Qurbanovun sözlərinə görə, komandası oyunda hesabı daha tez açmağa borcludu: “Biz çalışacağıq ki, ilk qol vuran tərəf olaq. Belədə uğur qazanmaq şanslarımızı daha da artırmış olarıq. Vüqar Nadirov təəssüf ki, zədə səbəbindən bu oyunda çıxış edə bilməyəcək. Onun mövqeyində Georgi Adamiya çıxış edəcək”.
Ağdam klubunun çalışdırıcısı daha sonra bunları söyləyib: “Biz hətta uduzsaq da, asanlıqla təslim olmağa hazırlaşmırıq. Təəssüf ki, bu mövsüm Azərbaycan klubları avrokuboklarda heç nə edə bilmədilər. Baxmayaraq ki, gözləntilər böyük idi. Nə qədər ki, biz Azərbaycanın yeganə təmsilçisiyik, qalmağa çalışacağıq”.
Qurbanov həmçinin azarkeşləri onları tək qoymamağa səsləyib: “Əgər hər şey bizim planlaşdırdığımız kimi getsə, çox maraqlı oyun alınacaq. Odu ki, qoy azarkeşlər gəlsinlər, bizi dəstəkləsinlər. Komandamızın dəstəyə ehtiyacı var”.
Qurbanov həmçinin futbolçuların oruc tutmasına da toxunub: “Bəzi futbolçularımız oruc tuturlar. Amma bu, onların işidi. Mənim üçün əsas futbolçuların hazırlığıdı ki, onu da məşqlərdə görürəm. Bəzi futbolçular isə oyun günü, oyundan bir gün öncə oruc tutmur. Mən tərəfdən onlara bu cəhətdən heç bir qadağa yoxdu və ola da bilməz”.