3 avqust 2011 20:15
Millimizin hücumçusu Valensiyada (FOTO)
Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığmasının oyunçusu Rizvan Umarov İspaniyanın “Valensia” klubuna baxışa yollanıb. Azerisport.az xəbər verir ki, o, hazırda İspaniya klubunun əsas komandasının bazasında, amma əvəzedici heyətlə məşq edir.
Qeyd edək ki, bu futbolçu “Zenit” futbol məktəbinin yetirməsidi. Umarov həm Rusiya, həm də Azərbaycan vətəndaşlığını daşıyır. İspanlar onu elə Azərbaycanın U-19 yığmasının heyətindəki çıxışını görərək bəyəniblər.
Umarovun sonuncu dəfə ötən ay yığmamızın Avstriya toplanışı vaxtı “Pinzgau” klubu ilə yoxlama matçında 4 qol vurduğunu da qeyd edək.
