5 avqust 2011 02:04

Avroliqada üçüncü mərhələ başa çatdı (YENILƏNİB)

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bununla qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada da bütün pley-offçular müəyyənləşib.
 
Qeyd edək ki, bu turnirin birinci təsnifat mərhələsindən 50 komanda mübarizəyə qoşulmuşdu və onlardan yarısı mübarizəni elə ilk cəhddə dayandırarkən, daha güclü bir o qədər kollektiv üçüncü mərhələyə yüksəlmişdi. İkinci təsnifat mərhələsində isə daha 40 komanda yarışla vidalaşdı. Eyni sayda komanda isə mübarizəni üçüncü təsnifat mərhələsində davam etdirmək hüququna yiyələndi.
 
Təəssüf ki, birinci mərhələdə mübarizəni dayandıranlar arasında Azərbaycan klublarından AZAL, eləcə də ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran” da vardı. Amma hər iki mərhələni uğurla adlayan “Qarabağ” pley-offa çıxmaq üçün də mübarizə aparırdı. Lakin təəssüf ki, ağdamlılar da mübarizəni məhz üçüncü mərhələdə dayandırmalı oldular. Ağdam klubunun “Brugge” (Belçika) ilə oyunuyla yanaşı bu mərhələdə daha 34 qarşılaşma keçirildi.
 
Ötən həftə baş tutan ilk oyunlar arasında diqqət çəkən nəticələrdən biri "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıran "Maccabi"nin "Zeljeznicar" üzərində səfərdə qələbə qazanmasıydı ki, yəhudilərin pley-offa çıxacağı artıq şübhə doğurmurdu. Gözlənildiyi kimi, "Maccabi" ev oyununda da darmadağına imza ataraq sensasiyaya imkan vermədi. Qardaş ölkə - Türkiyənin təmsilçilərindən AZAL-ın qənimi "Minsk"i mübarizədən kənarlaşdırmış "Gaziantepspor"u isə çətin sınaq gözləyirdi. Evdə gözlənilmədən "Legia"ya uduzan qazianteplilər bu yenilginin əvəzini çıxmaq istəsələr də, bacarmadılar. "Bursaspor" isə ev oyununda qazandığı üstünlüyünü "Gomel"lə səfər görüşündə də qorumağı bacardı.
 
Keçirilən bütün oyunların siyahısı ilə sizi də tanış edirik. Qeyd edək ki, adları qara hərflərlə göstərilən komandalar növbəti mərhələyə adlayanlardı:

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
Cavab oyunları
4 avqust
 
Mlada Boleslav (Çexiya) - AEK (Kipr) - 2:2 (İlk oyun - 0:3)
 
Varaždin (Xorvatiya) - Dinamo (Rumıniya) - 1:2 (2:2)
 
Aktobe (Qazaxıstan) - Alania (Rusiya) - 1:1 (penaltilərlə - 2:4) (1:1)
 
Elfsborg (İsveç) - Aalesunds (Norveç) - 1:1 (0:4)
 
Qarabağ (AZƏRBAYCAN) - Brugge (Belçika) - 1:0 (1:4)
 
Stromsgodset (Norveç) - Atletico (İspaniya) - 0:2 (1:2)
 
Sligo Rovers (İrlandiya) - Vorskla (Ukrayna) - 0:2 (0:0)
 
Häcken (İsveç) - Nacional (Portuqaliya) - 2:1 (0:3)
 
Brondby (Danimarka) - Ried (Avstriya) - 4:2 (0:2)
 
Dinamo (Tbilisi, Gürcüstan) - Reykjavik (İslandiya) - 2:0 (4:1)
 
Gomel (Belarus) - Bursaspor (Türkiyə) - 1:3 (1:2)
 
Senica (Slovakiya) - Zalsburg (Avstriya) - 0:3 (0:1)
 
Gaz Metan (Rumıniya) - Mainz (Almaniya) - 1:1 (penaltilərlə 4:3) (1:1)
 
Hajduk (Xorvatiya) - Stoke City (İngiltərə) - 0:1 (0:1)
 
Helsingborg (İsveç) – Bnei Yehuda (İsrail) - 3:0 (0:1)
 
Legia (Polşa) - Gaziantepspor (Türkiyə) - 0:0 (1:0)
 
Spartak (Trnava, Slovakiya) - Levski (Bolqarıstan) - 2:1 (penaltilərlə 5:4) (1:2)
 
Renn (Fransa) - Metallurg (Rustavi, Gürcüstan) - 2:0 (5:2)
 
Thun (İsveçrə) - Palermo (İtaliya) - 1:1 (2:2)
 
Lokomotiv (Sofiya, Bolqarıstan) - Slask (Polşa) - 0:0 (penaltilərlə - 3:4) (0:0)
 
Maccabi (Təl-Əviv, İsrail) - Zeljeznicar (Bosniya və Herseqovina) - 6:0 (2:0)
 
Den Haag (Hollandiya) - Omonia (Kipr) - 1:0 (0:3)
 
Vaduz (Lixtenşteyn) - Hapoel (Təl-Əviv, İsrail) - 2:1 (0:4)
 
Olympiakos (Yunanıstan) - Differdange (Lüksemburq) - 3:0 (3:0)
 
PAOK (Yunanıstan) - Valerenga (Norveç) - 3:0 (2:0)
 
Rabotnicki (Makedoniya) - Anorthosis (Kipr) - 1:2 (2:0)
 
Westerlo (Belçika) - Young Boys (İsveçrə) - 0:2 (1:3)
 
Crvena Zvezda (Serbiya) - Ventspils (Latviya) - 7:0 (2:1)
 
Fulham (İngiltərə) - Split (Xorvatiya) - 2:0 (0:0)
 
Jablonec (Çexiya) - AZ Alkmaar (Hollandiya) - 1:1 (0:2)
 
Harts (Şotlandiya) - Paksi (Macarıstan) - 4:1 (1:1)
 
Saint Patrick's (İrlandiya) - Karpatı (Ukrayna) - 1:3 (0:2)
 
Sarajevo (Bosniya və Herseqovina) - Sparta (Çexiya) - 0:2 (0:5)
 
Austria (Avstriya) - Olimpija (Sloveniya) - 3:2 (1:1)
 
Vitoria (Portuqaliya) - Midtjylland (Danimarka) - 2:1 (0:0)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.