3 avqust 2011 11:28
Millimizin İsveçrə ilə oyun üçün heyəti açıqlandı
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi avqustun 6-dan 13-dək İsveçrənin Cenevrə şəhərində təlim-məşq toplanışında olacaq və iki yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, artıq komandamızın bu oyunlar üçün heyəti də açıqlanıb.
Həmin heyətlə sizi də tanış edirik: Mədinə Xələfova, Günay İsmayılova, Əminə Heydərova, Jalə Məmmədova, Jalə Məhsimova, Nərgiz Ömərova, Kamilla Məmmədova, Şəfəq Nəsirova, Sevinc Qurbanova, Suqra Xəlilova, Nigar Cəlilli, Aliyə Vəliyeva, Olya Şioşvili, Aysun Əliyeva.
Yoldaşlıq oyunlarının tarixini də diqqətinizə çatdırırıq:
9 avqust
Vaud U-16 (Lozanna, İsveçrə) – Azərbaycan (U-17 )
12 avqust
İsveçrə (U-16) – Azərbaycan (U-17)
