3 avqust 2011 11:30
“Brugge ilə oyun bizim üçün mövsümün ən çətin matçı olacaq”
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Brugge” ilə oyuna hazırlıqlarınız necə gedir?
- Bakıya qayıtdıqdan sonra bizə bir az istirahət verilmişdi. Gizlətmirəm ki, yorulmuşuq. Buna görə də iki günlük istirahət gözümüzə də görünmür. Amma oyuna adi qaydada hazırlaşırıq. Sabahkı oyunda nəticə qazanmalıyıq. Bu, bizim üçün çox vacibdi. “Brugge” ilə oyun bizim üçün mövsümün ən çətin matçı olacaq.
- “Qarabağ” bu oyunda nə ilə motivasiya olacaq?
- Biz meydana ancaq qələbə üçün çıxacağıq. Bu, ən yaxşı motivasiyadı. Bilirik ki, rəqibi yenmək çətin olacaq. Amma bizim bir üstünlüyümüz var: doğma azarkeşlərimizin gözü qarşısında oynayırıq. Üstəlik hava şəraiti də qonaq komandaya problem yarada bilər.

- 1:4 hesablı yenilgidən sonra tənqidlərə necə baxırsız?
- Normal. Komanda nə vaxt qələbə qazanır, onda hamı tərifləyir. Uduzanda isə tənqid olunur. Bu, futbolun bir hissəsidi.
- Normal. Komanda nə vaxt qələbə qazanır, onda hamı tərifləyir. Uduzanda isə tənqid olunur. Bu, futbolun bir hissəsidi.
- “Brugge”nin bu qədər çətin rəqib olacağını gözləyirdiz?
- Xeyr. Onlar çox möhtəşəm oynadılar. Deyərdim ki, Dortmund “Borussia”sı ilə eyni səviyyədədilər. Komanda əla komplektləşib. Komandada fiziki cəhətdən heç bir problem yoxdu, hamı 90 dəqiqə “işləyir”.
- Razısız ki, 1:4-ün əvəzini çıxmaq real deyil?
- Xeyr. Bu, realdı. Biz döyüşməli olacağıq. İstənilən qələbə “Qarabağ”a kömək edə bilər. Xüsusilə də psixoloji cəhətdən.
- DÇ-2014-ün püşkatmasını izlədiniz?
- Bəli. Hesab edirəm ki, normal qrupa düşmüşük. Qrupun favoritlərinə qarşı – Portuqaliya, Rusiya və İsrailə qarşı oynamaq daha çətin olacaq. Onlar DÇ-yə çıxmaq üçün mübarizə aparacaqlar. Bizə sadəcə Lüksemburq və Şimali İrlandiya ilə oyunlarda maksimum xal toplamaq qalır.

- Komandamız nəyə ümid edə bilər?
- Biz hər halda öz qrupumuzda dördüncü ola bilərik. Bu, pis nəticə olmazdı.
- Biz hər halda öz qrupumuzda dördüncü ola bilərik. Bu, pis nəticə olmazdı.
- Makedoniya ilə qarşıdan gələn yoldaşlıq oyunu haqda hələ düşünmürsüz?
- Xeyr. Bizə hazırda daha çox “Brugge” ilə oyuna köklənmək lazımdı. Daha sonra makedoniyalılarla oyunu düşünərik.