3 avqust 2011 11:59
Fellaini yığmamızla oyunu buraxmalı olacaq
Belçika yığmasının yarımmüdafiəçisi Maruan Fellaini millimizlə oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna onun formasını geydiyi İngiltərənin “Everton” klubunun heyətində zədələnməsi səbəb olub.
Fevraldan bəri zədəli olan futbolçu millimizin üzvü Araz Abdullayevin də çıxış etdiyi bu komandanın heyətində sınaq görüşlərində də meydana çıxa bilmir. Maraq üçün xatırladaq ki, Fellaini Brüsseldə keçirilən ilk oyunda (4:1) da zədə səbəbindən Azərbaycanla qarşılaşmanı buraxmaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, Azərbaycan – Belçika oyunu sentyabrın 2-də keçiriləcək.
