3 avqust 2011 12:07
Premyer Liqa Gəncədə start götürəcək
Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunlarının keçiriləcəyi stadionlar və başlama saatları məlum olub. Azerisport.az xəbər verir ki, yeni mövsümün açılış turunun oyunları şənbə və bazar gününə təsadüf edəcək.
Çempionat Gəncədə “Kəpəz” – “Rəvan” görüşüylə start götürəcək. İlk oyun günündə həmçinin “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt Şəhər”i, “İnter” isə “Turan”ı qəbul edəcək.
Bazar günü isə cəmi iki görüş baş tutacaq. “Neftçi” – “Qarabağ” oyunu təxirə salındığından “Qəbələ” “Bakı”nı, “Simurq” AZAL-ı qəbul edəcək.
Premyer Liqa
1-ci tur
6 avqust (şənbə)
“Kəpəz” – “Rəvan”
Gəncə. Şəhər stadionu. Saat 18:00
“Xəzər Lənkəran” – “Sumqayıt Şəhər”
Lənkəran şəhər mərkəzi stadionu. Saat 20:00
“İnter” – “Turan”
Bakı. “Şəfa” stadionu. Saat 20:00
7 avqust (bazar)
“Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionu. Saat 18:00
“Simurq” – AZAL
Zaqatala. Şəhər stadionu. Saat 20:00
