3 avqust 2011 12:26
Neftçi - Qarabağ matçı Dalğa Arenada
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının da 1-ci turunun oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, əvəzedicilərdə yeni mövsümün açılış turu cümə və şənbə günləri baş tutacaq.
Həm ilk, həm də ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq. Yeni mövsümün ilk turunun proqramı ilə sizi də tanış edirik:
Əvəzedicilərin çempionatı
1-ci tur
5 avqust (cümə)
“Xəzər Lənkəran” – “Sumqayıt Şəhər”
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu
“İnter” – “Turan”
Bakı. “Şəfa” stadionu
“Kəpəz” – “Rəvan”
Samux. Şəhər stadionu
6 avqust (şənbə)
“Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionu
“Simurq” – AZAL
Zaqatala. Şəhər stadionu
“Neftçi” – “Qarabağ”
Bakı. “Dalğa Arena” stadionu
Bütün oyunlar saat 18:00-da başlanır.
