3 avqust 2011 00:48

Aleksandr Starkov: Bizim ana məqsədimiz, məhz, budu

“Bakı”nın baş məçqçisi Aleksandr Starkov yeni mövsümün astanasında fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis işlərin qaydasında olduğu qənaətindədi:
 
"Zənnimcə hər iki təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Klub bizim üçün əla şərait yaratmışdı. Mən oyunçulardan, onların işə münasibətindən və hazırlığın gedişındən razı qazıyam.
 
Kollektivimiz, tədricən, formalaşmaqdadı. Əlbəttə ki, bu qısa bir proses deyil. Ötən mövsümlə müqayisədə heyətdə böyük dəyişikliklər baş verib. Həyatın tələbinə uyğun olaraq bir çox futbolçularla yolları ayırdıq. Ötənilki uğursuzluqdan sonra bu, labüd idi. Eyni zamanda komandaya yeni oyunçular gəlib. Onların hər birinin oyuna öz baxışı, yanaşma tərzi var. Onların uyğunlaşması üçün zaman tələb olunurdu. Bu proses hələ tam başa çatmayıb. Yeni komandanın yaranması dərhal baş vermir.
 
Çətinliklər var, bununla belə, məncə, biz qarşıda duran vəzifələrin həllinə qadir olan kollektiv yaratmağa nail oluruq.
 
Mən klubun  prezidentindən “bizim əsas məqsədimiz nədən ibarətdi, qarşıdan gələn mövüm üçün prioritetlərimiz nədi?” – sualına çox düzgün cavab aldım. O söylədi: "Bizə sözün əsl mənasında komanda yaratmaq lazımdı".
 
Bu nə deməkdir?  Bu tək yaxşı oyun nümayiş etdirən, qollar vuran, qalib gələn komanda deyil. Əlbəttə ki, məğlubiyyətlər də olacaq. Ancaq əsası yaxşı və çətin günlərdə bir yerdə olan, dərdini və sevincini bölüşən vahid kollektiv yaratmaqdı. Bizim ana məqsədimiz, məhz, budu. Biz bu yolla irəliləyirik.
 
Çempionatın əvvəllərində heç bir komanda əla vəziyyətdə olmur. Finişə qədər uzun məsafə var. Uğurlu başlanğıc olduqca vacibdi. Bununla belə, hazırlıq planını qabaqlamaq da olmaz. Birinci və ikinci təlim-məşq toplanışları zamanı biz testlər tətbiq etdik. İşimizin bəhrəsi kimi nəticələrin yüksəldiyinin şahidi olduq. Bunu həm adi gözlə, həm də texniki vasitələrin köməyi ilə görmək mümkündü.
 
Orta sahədə və hücumda dəyişiklər etdik. Xüsusən də, hücum xəttinə diqqət ayırdıq. Şərti rəqib güclüdü, o bizim hücumların qarşısını almağa, dağıtmağa çalışır. Bunun üçün xüsusi hazırlıq tələb olunur. Komandamızın yeni üzvlərindən razıyam, onlar tək hücumda deyil, müdafiədə də yer alırlar. Ümid edirəm ki, mövsüm boyu futbolçuların inkişaf edəcəyinin şahidi olacağıq.
 
Ötən mövsüm göstərdi ki, əgər kollektiv, komanda yoxdursa, qələbələrin sayı az olacaq. Bu gün biz yeni komanda qururuq. Bizə, hətta, uğursuzluq olanda belə dəstək lazımdı. Dəstək çətin günlərdə daha da önəmlidi. Əminəm ki, bunun qarşılığını görəcəksiniz.
 
Azarkeşlərimizə söz verirəm ki, onların dəstəyinin qarşılığını yaxşı oyunla və müsbət nəticə ilə verəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.