4 avqust 2011 13:17
Hüqo Almeyda: Azərbaycan dünyada öz yerini axtarır
Portuqaliya yığmasının hücumçusu Hüqo Almeyda DÇ-2014-ün seçmə mərhələsinin püşkünün nəticələrini dəyərləndirib. Azerisport.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubunda çıxış edən futbolçu bütün rəqiblərə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb:
“Bizim qrupdakı əsas rəqibimiz kimi Rusiya yığmasını qeyd edərdim. Bu ölkənin böyük futbol ənənələri, güclü çempionatı, əla yığma komandası var. Fikrimcə, İsrail də əsəblərimizlə çox oynaya bilər. Çünki onlar da DÇ-yə vəsiqə uğrunda vuruşacaqlar. Onlara qarşı bizi heç də asan oyunlar gözləmir. Azərbaycana gəlincə, bu komanda hələ Avropada, dünyada öz yerini axtarır. Azərbaycan əlbəttə, favorit deyil. Amma hədiyyə də deyil. Biz çox diqqətli olmalıyıq. Seçmə mərhələdəki bütün rəqiblərimizlə oyunlara eyni dərəcədə motivasiya olunmalıyıq”.
