4 avqust 2011 13:33
Danışılmış oyunlar dalğası Galatasaraya keçdi
Türkiyədə danışılmış oyunlarla bağlı aparılan istintaq işləri bitmək bilmir. Azerisport.az xəbər verir ki, qardaş ölkənin hüquq-mühafizə orqanları bu gün də “Galatasaray”ı hədəfə alıblar.
Belə ki, “Fenerbahçe” və “Beşiktaş”, eləcə də digər bir sıra klubların rəsmilərinin həbsiylə nəticələnən araşdırmalara “Cim Bom” da cəlb olunub. Bu gün polislər “Galatasaray”ın “Florya Metin Oktay Tesisleri”ndə axtarışlar aparmağa başlayıb.
Bundan əlavə klubun idman direktoru Bülent Tulunun evində də axtarışlar aparılmaqdadı. “Galatasaray” bu məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada hüquq-mühafizə orqanlarına hər cür yardımı göstərəcəklərini bildirib. Hələlik ictimaiyyətə geniş məlumat verilmir.
