4 avqust 2011 01:28
Millimizdən imtina etdi, ÇL-də qəhrəman oldu (VİDEO)
Azerisport.az sizi ötən gecə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Malmö” (İsveç) – “Rangers” (Şotlandiya) matçında meydan sahiblərinin oyunçusu Jiloan Hamadın vurduğu qolla tanış edir. Qeyd edək ki, bu futbolçu bir müddət öncə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun dəvətindən imtina edərək, İsveç millisində çıxışa üstünlük vermişdi. Hamadın bu qolu onun komandasını növbəti mərhələyə çıxarıb.
