4 avqust 2011 14:06
“Əminəm ki, Bakıda qələbə qazanacağıq”
Belçikanın “Brugge” klubunun müdafiəçisi Rayan Donk UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ilk oyunda 4:1 hesabıyla qələbə qazanmış belçikalıların oyunçusu Bakıdakı qarşılaşmadan öncə bunları dilə gətirib:
“Bizi heç də asan oyun gözləmir. Amma mən əminəm ki, Bakıda qələbə qazanacağıq. Düzdü, heç kim bizim qarşımıza mütləq qələbə qazanmaq vəzifəsini qoymayıb. Lakin mövsümə iki böyük hesablı qələbə ilə başlamışıqsa, niyə bu tempdə də davam etməyək”?