4 avqust 2011 14:21
“Qarşımızdakı rəqibin Neftçi olduğunu düşünərək mydana çıxmalıyıq”
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Katalin Doman yeni mövsümün ilk turunda qarşılaşacaqları “Sumqayıt Şəhər”lə oyunla bağlı fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Rəqibimiz Premyer Liqanın debütantı olsa da, biz onlarla oyunda maksimum diqqətli və ehtiyatlı olmalıyıq. Belə komandalar həmişə bizə qarşı ikiqat enerjiylə oynayırlar. Odu ki, biz qarşımızdakı rəqibin “Neftçi” və “İnter” olduğunu düşünərək meydana çıxmalıyıq”.
