4 avqust 2011 14:40
Millimizin Estoniya ilə oyunu üçün heyəti açıqlandı
Xəbər verdiyimiz kimi, avqustun 9-da,Tallinn şəhərindəki "A.Le Coq Arena"da 21 yaşadək futbolçulardan ibarət Estoniya və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq toplanışda iştirak edəcək futbolçuların siyahısı məlumdu.
Baş məşqçi Bernard Lippert Estoniya ilə oyunda 19 futbolçunun xidmətindən yararlana biləcək. Heyətə salınan futbolçulardan 5-i legionerlərdi. Belə ki, Lippert "Hannover 96"dan Ali Gökdemir, "Erciyesspor"dan Amit Quluzadə, "Sivasspor"dan Cihan Özkara, "Anji"dən isə Bədəvi Hüseynov və Mixail Zaytsevi Estoniyaya aparacaq. Estoniyaya aparılacaq futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Osman Umarov - "Qarabağ"
Emil Balayev - "Sumqayıt Şəhər"
Orxan Sadıqlı - "Xəzər Lənkəran"
Tərlan Quliyev - "Neftçi"
Novruz Məmmədov - "Bakı"
Qara Qarayev - "Qarabağ"
Ali Gökdemir - "Hannover 96"
Amit Quluzadə - "Erciyesspor"
Eşqin Quliyev - "Sumqayıt Şəhər"
Emin Mustafayev - "Sumqayıt Şəhər"
Kamil Nurəhmədov - "Sumqayıt Şəhər"
Mirhüseyn Seyidov - "Neftçi"
Cavid Hüseynov - "Neftçi"
Tural İsgəndərov - "Qarabağ"
Cihan Özkara - "Sivasspor"
Ruslan Qurbanov - "Neftçi"
Araz Abadullayev - "Neftçi"
Bədəvi Hüseynov - "Anji"
Mixail Zaytsev - "Anji"
