4 avqust 2011 15:01
Simurqda yeni əcnəbi futbolçular
“Simurq” yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Zaqatala klubu doğma şəhərdə məşqlərini sürdürməklə yanaşı yeni futbolçuları da sınamaqdadı.
Rusiyalı baş məşqçi Sergey Yuran hazırda makedoniyalı futbolçunu sınayır. Bu, Xristo Semyonovdu.
Ötən gecə daha bir neçə futbolçu Zaqatalaya gəlib. Onların kimliyi barədə ətraflı məlumat olmasa da, son qərarı Yuran verəcək.
