4 avqust 2011 15:27
Bakı İnterində yeni məşqçi (FOTO)
“İnter”in əvəzedici komandasının məşqçilər heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Tofiq Mustafayevin köməkçisi vəzifəsinə Rüstəm Əliyev təyin edilib.
24 yaşlı Rüstəm Əliyev uzun müddət “İnter”in əvəzedici heyətində komandanın şərəfini qoruyub. Sonra “İnter” PİK Uşaq-Gənclər Futbol Məktəbində məşqçi kimi çalışıb.
